3 terrorçu Türkiyə sərhədçilərinə təslim oldu

 14:43 09.12.2022     377

İraqın şimalında fəaliyyət göstərən 3 PKK terrorçusu Türkiyə sərhədçilərinə təslim olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

“İraqın şimalında daldalanacaqlarından qaçan 3 PKK-çı terrorist Haburda yerləşən sərhəd postumuza təslim olub”, - məlumatda qeyd olunub.

“Türk Silahlı Qüvvələrinin terror təşkilatı PKK-ya qarşı əməliyyatları tam sürətlə davam edir, təşkilatın dağılması da davam edir”, - nazirlik əlavə edib.

Tunar Altunbay