Netanyahu yenə hökuməti formalaşdıra bilmədi

 17:37 09.12.2022     351

İsrail Prezidenti İshaq Hersoq Likud Partiyasının sədri Binyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verib.

Redaktor.az xəbər verir ki, məlumatı İsrail KİV-ləri yayıb.

Bildirilib ki, Benyamin Netanyahu dekabrın 8-də əlavə olaraq 14 gün möhlət istəyib.

Xaıtrladaq ki, noyabrın 3-də İsraildə parlament seçkiləri keçirilib. Likud Partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün yetərli səs toplamayıb. Noyabrın 13-də İsrail Prezidenti hökuməti formalaşdırmaq üçün ona mandat verib. Bu möhlətin müddəti dekabrın 11-də başa çatır. İshaq Hersoqun verdiyi yeni möhlət ona dekabrın 21-dək koalisiya hökuməti formalaşdırmağa imkan verir.