MDB dövlət başçıları Sankt-Peterburqda toplaşacaq

MDB liderləri Sankt-Peterburqda Yeni il öncəsi qeyri-rəsmi görüşün keçirilməsi barədə razılığa gəliblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün Bişkekdə keçirilən sammitdə bildirib.
"Bu günkü işimizlə yanaşı, xatırlatmaq istərdim ki, biz sizi MDB dövlət başçılarının Yeni il öncəsi Sankt-Peterburqda razılaşdırılmış qeyri-rəsmi görüşündə gözləyirik", - Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində həmkarlarına deyib.
Nərmin VÜQARQIZI