"Onlar bizi aldatdılar" - Putindən Ukrayna AÇIQLAMASI

 18:30 09.12.2022     392

Ukraynada "xüsusi hərbi əməliyyat" daha əvvəl başlaya bilərdi, lakin Rusiya Minsk razılaşmaları çərçivəsində razılığa gəlməyə ümid edirdi.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin cümə günü Bişkek səfərinin yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı qeyd edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı verdiyi bəyanat “yalnız onu göstərir ki, biz xüsusi hərbi əməliyyata başlamaq baxımından hər şeyi düzgün etdik”.

“Belə çıxır ki, heç kim Minsk razılaşmalarını yerinə yetirmək niyyətində deyildi”, - deyən Putin qeyd edib:

“Ukrayna rəhbərliyi, keçmiş prezidentin (Petro Poroşenkonun) təbirincə desək, onu imzalamayacaqlarını, lakin icra etməyəcəklərini bildiriblər. Amma mən yenə də digər iştirakçıların bizimlə səmimi olduğunu gözləyirdim. Belə çıxır ki, onlar da bizi aldatdılar və söhbət Ukraynanı silahla doldurub onu döyüş əməliyyatlarına hazırlamaqdan ibarət idi. Görünür, düzünü desəm, gec əldə etdik. Bəlkə bütün bunlara daha tez başlamalıydıq, ancaq Minsk razılaşmaları çərçivəsində razılaşa biləcəyimizə ümid edirdik”.

Turan İSMAYIL