Bayden Afrika İttifaqının G20-yə qoşulmasını istəyir - Ağ Evdən AÇIQLAMA

 20:23 09.12.2022     289

ABŞ Prezidenti Co Bayden gələn həftə ABŞ-ın Afrika İttifaqının 20-lik Qrupuna (G20) daimi üzv kimi qoşulmasını dəstəklədiyini elan etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü “The Washington Post” qəzeti Ağ Evin Milli Təhlükəsizlik Şurasının Afrika məsələləri üzrə baş direktoru Cudd Devermontun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Bayden gələn həftə Afrika ölkələri və ABŞ liderlərinin Vaşinqtonda keçiriləcək sammitində belə bir bəyanatla çıxış edəcək.

"Afrikanın beynəlxalq təşkilatlarda və təşəbbüslərdə daimi yer tutmasının vaxtı çatıb. Qlobal iqtisadiyyat, demokratiya və idarəetmə, iqlim dəyişikliyi, sağlamlıq və təhlükəsizliklə bağlı beynəlxalq müzakirələrdə Afrikadakı ölkələrdən daha çox səsə ehtiyacımız var" - Devermont deyib.

Turan İSMAYIL