Rusların 77,9 faizi Putinə etibar edir

 20:27 09.12.2022     338

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğusunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putinə rusiyalıların 77,9 faizi etibar edir, 74,3 faizi isə onun fəaliyyətini bəyənir.

Redaktor.az "Reuters"ə istinadla bildirir ki, respondentlərin 61,5 faizi eyni zamanda baş nazir Mixail Mişustinə etibar edir.

Sözügedən mərkəz ümumrusiya telefon sorğusunu 28 noyabr - 4 dekabr tarixlərində yaşı 18 və daha yuxarı olan 1600 rusiyalı arasında aparıb. 

Tunar Altunbay