Bayden Ukraynaya yeni yardım ayrılmasına icazə verdi

 22:03 09.12.2022     230

ABŞ Ukraynaya 275 milyon dollarlıq hərbi yardım ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 275 milyon dollar hərbi yardım ayrılmasına icazə verib. Hərbi yardıma nələrin daxil edildiyi açıqlanmayıb.

Bir neçə gün əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən yazıb ki, yeni hərbi yardım paketinə pilotsuz uçuş aparatları əleyhinə mübarizə sistemləri, hava hücumundan müdafiə sistemləri, HIMARS raket qurğuları, 155 mm çaplı mərmilər və zirehli maşınlar daxil ola bilər.