Yunanıstanın səfiri vəzifəsinin icrasına başlamadan geri qayıtdı

 22:12 09.12.2022     250

Yunanıstanın Liviyaya yeni təyin olunmuş səfiri Nikos Kotrokois etimadnaməsini təqdim etmədən Afinaya qayıdıb.

Redaktor.az xəbər verir ki, oktyabrda Tripoliyə yollanan diplomatın geri qayıtmasına səbəb 2 ölkə arasında hökm sürən gərginlikdir.

Sayt yazır ki, noyabrın 28-də səfirin geri qayıdaraq XİN aparatında işini davam etdirməsi qərara alınıb. Yunanıstanın Xarici İşlər Nazirliyində nə baş verdiyi naməlumdur.