ABŞ Rusiyanın daha 30 diplomatını qovur

 22:50 09.12.2022     237

Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək.

Redalktor.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakl səfiri Anatoli Antonov “Rossiya-24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Rusiya xarici nümayəndəliklərinin əməkdaşları viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.

"ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir", - səfir bildirib.