Rövşən Əsgərov Rusiyada xarici agent elan olundu

 23:32 09.12.2022     232

Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısına “The Bell” nəşrini əlavə edib. Onun bir sıra əməkdaşları reyestrdə ayrıca xarici agent kimi deyil, “iştirakçı” kimi qeyd olunub.

Redaktor.az xəbər verir ki, reyestrə həmçinin “Dojd” telekanalının jurnalisti Mixail Fişman, ictimai xadim Rostislav Morquzalov və filosof Ruben Apresyan da daxil edilib.

Bununla yanaşı, xarici agentlərin siyahısını “Nə? Harada? Nə zaman?” oyununda ekspert olan Rövşən Əsgərovun adı salınıb.

Qeyd edək ki, bu il mayın sonunda Moskvanın Basmannı məhkəməsi onu sosial şəbəkədə marşal Georgi Jukov haqqında mesaj dərc etdikdən sonra başlayan nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi həmyerlimizi axtarışa verib, lakin o bundan bir qədər öncə Rusiyanı tərk edib.