Türk ordusu terrorçuları zərərsizləşdirdi

 09:07 10.12.2022     274

Türkiyə ordusu Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı - red.) 2 silahlısını zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı zonasında zərərsizləşdiriliblər.