Polşa Rusiya ilə sərhədə elektron hasar çəkir

 10:22 10.12.2022     201

Polşanın Sərhəd Xidməti Rusiya ilə sərhədə elektron hasar çəkilməsi üçün podratçı şirkətlə müqavilə bağlayıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, 199 km uzunluqda hasarın inşası 82 milyon avroya başa gələcək.

Bildirilib ki, elektron hasar Rusiyanın Kalininqrad vilayəti ilə olan bütün quru sərhədini əhatə edəcək. Sərhədin kiçik bir hissəsində artıq bir neçə ildir elektron hasar tətbiq edilir.