Ukraynalılar bu dəfə 370 işğalçı ÖLDÜRDÜ - FOTO

 11:04 10.12.2022     277

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 93 760 (+ 370) nəfər canlı qüvvəsi, 2940 (+3) tank, 5917 (+5) ədəd zirehli döyüş maşını, 1927 (+1) ədəd artileriya sistemi, 397 (+2) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1603 (+0) PUA, 592 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4535 (+4) avtomobil texnikası və avtosistern, 167 (+3) xüsusi texnikası məhv edilib.

Məlumata görə, ötən gün Rusiya ən böyük itkisini Baxmut və Lyman istiqamətlərində verib.

Nərmin VÜQARQIZI

2