"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olundu

 11:24 10.12.2022     179

"Traktor" klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına məhkum olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin tviter hesabı məlumat yayıb.

Klub 26 yaşlı yarımmüdafiəçinin həyatının təhlükədə olduğunu bildirib.

Qeyd edək ki, Amir Nasr Azadani son olaraq 2021-ci ildə "İranjavan"ın formasını geyinib.