Almaniyada insanları girov götürən məhv edildi - YENİLƏNİB
Almaniyanın Drezden şəhərində insanları girov götürən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Polis girovların azad edilməsi zamanı ona atəş açmaq məcburiyyətində qalıb.
Hüquq-mühafizə orqanları həmin şəxsin ruhi xəstə olduğunu güman edirlər.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
***
Almaniyanın Drezden şəhərində “Radio Dresden” radiostansiyasına silahlı hücum edənlərlə polis əməkdaşları arasındakı atışma nəticəsində 70 yaşlı qadın güllələnib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb yayıb.
Bildirilib ki, polis əməkdaşlaır ticarət mərkəzindəki insanları təxliyə edib, ətraf ərazini mühasirəyə alıblar.
Sakinlərə milad yarmarkasına getməmək və şəhrinə mərkəzinə çıxmamaq tövsiyə olunur.
Şübhəli şəxs hadisə yerindən qaçıb.












