Mançester Hava Limanı açıldı

 21:45 10.12.2022     323

Güclü qar səbəbiylə bağlanan Mançester Hava Limanının fəaliyyəti qismən bərpa edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının tviter səhifəsində məlumat verilib.

“Hava limanının uçuş-enmə zolağının birində saat 11:30-dan etibarən (Bakı vaxtilə 15:30 - red.) uçuş əməliyyatları bərpa edilib”, - bildirilib.