Lukaşenko belarus kişilərə xaricə getməyi qadağan etdi

 22:32 10.12.2022     398

Britaniya ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Qlen Qrant Belarusda səfərbərliyə başlanıldığını iddia edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “Espresso” telekanalına verdiyi müsahibədə deyib.

"Kreml Belarusda faktiki olaraq müəyyən formada səfərbərlik və ya səfərbərlik öncəsi təlimlər keçirir. İndi orada hamıya nəzarət olunur. Bütün kişilər qeydiyyatdan keçməlidir və ölkəni tərk etməyə çalışan hər kəsin qarşısını almağa çalışırlar. Belarusda Ukrayna ilə döyüşməyə o qədər də həvəsli insanlar yoxdur. Cəbhəyə gedən bir çox belorus ukraynalılara məğlub olur.  Mən razılaşdırılmış böyük döyüşün perspektivini görmürəm”, - deyə o, bildirib.

Hərbi ekspertin sözlərinə görə, Belarus Rusiyaya xeyli sursat və texnika göndərib və çətin ki, bu sursat və texnika geri qayıdacaq:

"Belaruslar da Ukraynaya hücum edə bilər və bu, ukraynalılar üçün  problem yaradacaq. Amma ordunun hərəkəri üçün yerlər kifayət qədər dardır və yaxşı mühafizə oluna bilər. Belarus ordusu hərbi təlimlər keçirmək əmri alıb. Bu, daha çox Ukraynanı qorxutmaq məqsdədi daşıyır və bu uzun zamandır davam edir".

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən