Moskvada güclü qar səbəbindən onlarla aviareys gecikir

 11:37 11.12.2022     250

Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

Redaktor.az xəbər verir ki, Moskvada güclü qar yağır və artıq qarın hündürlüyü 20 santimetrə qədər çatıb.

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 44 aviareys gecikib, “Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.