Ruslar 300 min insanı işıqsız qoydu

 19:10 11.12.2022     483

Dekabrın 10-da rusların Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində 1.5 milyon insan işıqsız qalıb. Daha sonra şəhərdə elektrik infrastrukturunun bir qismi bərpa edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Odessa administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

O qeyd edib ki, hazırda 300 mindən çox insan hələ də işıqsızdır. İlkin hesablamalara görə, elektrik enerjisinin tam bərpası iki-üç ay çəkəcək.

Xatırladaq ki, Rusiya oktyabr ayından Ukraynanın enerji obyektlərinə zərbələr endirir.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən