Almaniyada silahla bağlı qanun sərtləşdirilir

 19:55 11.12.2022     313

Almaniyada dövlət çevrilişinə cəhddən sonra silahla bağlı qanunu sərtləşdirməyə qərar veriblər.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser tviterdə məlumat yayıb.

"Ən azı 1 050 reyxsburqçunun (Almaniyadakı "Reyx vətəndaşları" millətçi hərəkatının üzvləri - red.) silah lisenziyası ləğv edilib", - nazir qeyd edib.

Feser yaxın vaxtlarda silah gəzdirmək haqqında qanunun sərtləşdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.