Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi 

 23:57 11.12.2022     213

Serbiya ordusu yüksək döyüş hazırlığına gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, bu, Kosovo-Serbiya arasında mövcud vəziyyətin pisləşməsi ilə əlaqədardır.

Məlumat üçün bildirək ki, dekabrın 10-da yüzlərlə serb Kosovonun şimalında barrikadalar qurub. Onlar Serbiya istiqamətində iki əsas sərhəd-keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini kəsiblər. Yerli media sərhəd-keçid məntəqələri ərazisində partlayışlar və atışmaların olduğunu bildirib.

Kosovo bu gün axşama qədər serblərdən ölkənin şimalındakı barrikadaları yığışdırmağı tələb edib.