Pakistanın Baş naziri Əfqanıstanla bağlı dünyaya çağırış etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib.
Redaktor.az xəbər verir ki, hökumət başçısı tviter-də Əfqanıstanın müvəqqəti hökumətinin belə hadisələrin təkrarlanmamasını təmin etməli olduğunu bildirib.
“Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, - o bildirib.
Qeyd edək ki, ötən gecə Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində Pakistanın azı 6 vətəndaşı ölüb, 17 nəfər isə yaralanıb (report).












