Niderland Serbiyanı cəzalandırmaq üçün qətnamə qəbul etdi

 10:28 12.12.2022     374

Niderland parlamenti Serbiya üçün Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin müvəqqəti dayandırılması üçün təkliflər hazırlamağa çağırıb.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Niderland Nümayəndələr Palatası (aşağı palatası) Avropa Komissiyasına Serbiyanı Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə cəzalandırmaq səlahiyyətinin verilməsini tələb edən qətnamə qəbul edib.

Qətnamədə qeyd olunur ki, Serbiyanın xarici siyasətinin Aİ-nin xarici siyasəti ilə ahəngdarlığı 2022-ci ildə 45 faizə düşüb. Eyni zamanda, ötən il bu rəqəm 64 faiz təşkil edib ki, bu da blokun genişləmə prosesində mühüm meyardır.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən