Ölən atasının pensiyasını almaq üçün meyitini evdə GİZLƏTDİ

Pensiya almağa davam etmək üçün atasının meyitini evdə gizlədən 53 yaşlı kişi həbs edilib.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, hadisə Yaponiyada baş verib.
Polisin məlumatına görə, evdən çıxarılma bildirişi vermək üçün evə gedən dövlət məmuru az qala skeletə çevrilən insan cəsədi tapıb.
Məmurun vəziyyəti polisə bildirməsindən sonra şübhəli Şoqo Kanaya həbs edilib. Cinayətini etiraf edən Kanayanın işsiz olduğu və 87 yaşlı atası Şigemi Kanayanın pensiyasını almağa davam etmək üçün vəziyyəti səlahiyyətlilərə bildirmədiyi öyrənilib.
Kanayanın atasının nə vaxt və necə öldüyünü açıqlamadığı bildirilsə də, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.
Nərmin VÜQARQIZI