Zaporojyedə Rusiyanın girov götürdüyü ukraynalıların sayı açıqlandı
Ukraynanın Zaporojye vilayətində 500-dən çox dinc sakin Rusiya əsarətindən keçib.
Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Zaporojye vilayət hərbi idarəsinin rəhbəri Aleksandr Staruxun sözlərinə görə, onların təxminən yarısı hələ də əsirlikdədir.
"Müharibənin doqquz ayı ərzində çoxsaylı insan hüquqlarının pozulması və zorakılıq faktları sənədləşdirilib. 573 soydaşımız Rusiya əsirliyindən keçib, 232 nəfər hələ də girovluqdadır. Eyni zamanda, beynəlxalq təşkilatlar hüquq-mühafizə orqanlarının pozulması ilə bağlı acizlik nümayiş etdirirlər”, - deyə o vurğulayıb.
Həmidə İbrahimova












