Moskvada ticarət mərkəzi yandı

 11:12 12.12.2022     302

Moskva vilayətinin Balaşixa şəhərində "Stroypark" ticarət mərkəzində yanğın baş verib.

Redaktor.az-ın Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın yerli vaxtla saat 08:33-də Balaşixa şəhərinin Savvino mikrorayonu, Priqorodnaya küçəsi 92 ünvanında qeydə alınıb.

“Stroypark” ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə 200 kv.m sahədə tikinti materialları yanıb. Yanğın ticarət mərkəzinin birinci mərtəbəsini də əhatə edib.

Hazırda hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir. Yanğın zamanı bir nəfərin xəsarət aldığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən