Küveytdə ilk qadın kapitan pilot türk oldu

 13:19 12.12.2022     277

Türk qadın Küveytdə bir ilk imza atıb. 

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, təxminən 3 ildir Küveytdə yerləşən Jazeera Airways-də çalışan Elif Güveyler təlimləri başa vuraraq kapitan pilot olub.

Yeni rütbə nişanı ilə fotoşəkil paylaşan Güveyler Küveytin ilk qadın kapitan pilotu olduğunu açıqlayıb.

"Neçə vaxtdır ki, sizə bu xəbəri demək istəyirəm. Uzun illər gərgin zəhmətdən, səydən və özünü sübut etməkdən sonra, şirkətin və ölkənin ilk qadın kapitan pilotu olmağın qürurunu sizinlə bölüşmək istəyirəm. Xaricdə, hətta Küveytdə şirkət tarixində bir ilk", - deyə paylaşımda bildirilib.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən