Ermənistanda nazir istefa verdi
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan öz bəyanatı ilə tutduğu vəzifədən azad edilib.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, məlumatı onun mətbuat katibi Qeqam Melikbekyan Sputnik Ermənistanın müxbirinə təsdiqləyib.
Qeyd edək ki, Dumanyan bu vəzifəyə 2021-ci il avqustun 3-də təyin edilib. O, bundan əvvəl 2008-2019-cu illərdə YDU nəzdində Ali Attestasiya Komissiyası yanında “Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub. 2007-2020-ci illərdə - məktəblilərin informatika üzrə fənn olimpiadasının Respublika Komissiyasına sədrlik edib.
Tunar Altunbay












