Ermənistan hökumətində daha bir istefa

 12:57 12.12.2022     385

Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ambarsum Matevosyan vaxtilə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci hissəsi ilə başlanmış cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Matevosyan 2011-ci il fevralın 3-də həbs qərarı ilə Ermənistan polisi tərəfindən axtarışa verilib, 2012-ci il dekabrın 28-də axtarış dayandırılıb, lakin cinayət işinin taleyi hələ də məlum deyil.

Tunar Altunbay