Türkiyədə terrorçular belə təslim oldular - VİDEO

 14:59 12.12.2022     410

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terrorçuların təslim olması ilə bağlı görüntülər yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən nazirlik video paylaşılıb.

Bildirilib ki, İraqın şimalında havadan dəstəklə keçirilmiş əməliyyat nəticəsində 4 PKK terrorçusu Türkiyə ordusuna təslim olub.

Həmçinin 4 ədəd "AK-47", 600 mərmi, 10 əl bombası, snayper binoklu, rabitə vasitəsi aşkar olunaraq müsadirə edilib.

"Terrorçular üçün qaçış yoxdur, tək çarə Türk ədalətinə təslim olmaqdır", - paylaşımda qeyd olunub.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən