Baş nazirin rəfiqəsi partlayışda öldü
İtaliyanın yeni baş nazirinin rəfiqəsi də daxil olmaqla, 3 qadın Romada bir kişinin kafedə atəş açması nəticəsində öldürülüb, daha 4 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Məlumatda bildirilir ki, kafedə yerli məhəllənin sakinlərindən ibarət komitənin iclası gedirmiş.
Bildirilib ki, hadisə çoxmənzilli binanın sakinlərinin Şura toplatısı zamanı qeydə alınıb.
Belə ki, Romanın meri Roberto Qualteri silahlı atışmanı “zorakılığın ciddi epizodu” adlandırıb. Hadisə ilə əlaqədar şəhər hökuməti təcili müşaviri keçirir.
Qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən 57 yaşlı kişi saxlanılıb.
Məlumata görə, onun Şura üzvlərinin bəziləri ilə fikir ayrılığı olub. O, atəş açarkən “hamınızı öldürəcəm” deyə qırşırıb.
Yaralılardan ikisi kişi, ikisi isə qadındır. Xəsarət alan kişilərdən birinin vəziyyəti ağırdır.
Ölən qadınlardan biri - Nikoletta Qolisano İtaliyanın Baş naziri Corca Meloninin rəfiqəsidir.
“Heç kim belə ölməməlidir. Nikoletta qayğıkeş ana idi. 50 yaşı yenicə tamam olmuşdu. O, mənim yaddaşımda həmişə gözəl və xoşbəxt olaraq yaşaycaq”,- baş nazir deyib.
Digər ölən qadınlar - Elizabetta Silensi və Sabina Sperandidir.
İtaliya mətbuatının adını çəkdiyi, lakin rəsmi olaraq açıqlamadığı şübhəlinin motivləri ilə bağlı polis hələlik şərh verməyib. Hücum siyasi hesab edilmir.
Məlumata görə, şübhəli şəxslə yaşayış binasının kirayəçilər şurası bir müddətdir ki, qızğın mübahisə edir.
İtaliyanın ifrat sağçı “İtaliya qardaşları” partiyasının lideri Corciya Meloni oktyabrda ölkənin ilk qadın transseksual baş naziri olub.
Tunar Altunbay












