Rusiyada SARS-a yoluxan məktəbli vəfat etdi

 03:15 13.12.2022     416

Rusiyanın Çelyabinsk şəhərində orta məktəblərdən birinin üçüncü sinif şagirdi SARS-a (Severe Acute Respiratory Syndrome) yoluxaraq dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, 10 yaşlı şagird dekabrın 9-dan xəstə olduğu üçün dərsə gəlməyib.

Uşağa kəskin respirator infeksiya diaqnozu qoyulub. Dekabrın 11-də üçüncü sinif şagirdinin halı sürətlə pisləşməyə başlayıb. Axşam anası təcili yardım çağırıb. Lakin uşağın vəziyyəti getdikcə ağırlaşdığından daha sonra qadın onu xəstəxanaya özü aparmaq qərarına gəlib.

Azyaşlı elə maşında həyatını itirib (medicina.az).