"Putin ölsə, müharibə bitəcək" - Zelenski

 18:42 12.12.2022     446

"Rusiya prezidenti Vladimir Putinin ölümündən sonra Ukraynada müharibənin bitmək şansı yüksəkdir. Çünki Rusiya bu zaman  xarici siyasətlə deyil, daxili siyasətlə məşğul olmalı olacaq..."

Redaktor.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski "Netflix"də yayımlanan “Növbəti qonağıma təqdimata ehtiyac yoxdur” verilişinin xüsusi buraxılışında səsləndirib.

"Putin ölsə  müharibə bitəcək. Avtoritar rejim dəhşətlidir, çünki böyük risk var. Amma hər şey bir nəfərdən asılı ola bilməz. Ona görə də belə bir insan öləndə bütün qurumlar dayanır", - Zelenski deyib. 

Ukrayna prezidenti Sovet İttifaqını nümunə göstərərək vurğulayıb ki, keçmiş totalitar dövlətin tarixində liderin ölümündən sonra bütün proseslər dondurulub.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən