Rusiyanın Ukraynada itirdiyi generalların sayı AÇIQLANDI
Rusiyanın Ukraynanı işğala başlamasından ötən doqquz ay ərzində işğalçıların rekord sayda generalı məhv edilib.
Redaktor.az UNİAN-a istinadla bildirir ki, ukraynalı hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, Rusiya artıq 13 generalını itirib və bu, rekord sayıla bilər.
"Müharibənin doqquz ayı ərzində 13 generalın itirilməsi cəfəngiyyat deyil, bu, sadəcə Ginnesin "Rekordlar" kitabına salınacaq faktdır", - Jdanov deyib.
Ekspert Rusiyada tank çatışmazlığından da danışıb. Onun sözlərinə görə, müharibədən əvvəl Rusiyanın döyüş vəziyyətində olan 3500-ə yaxın tankı var idi, lakin hazırda onların anbarlarında 500-ə qədər tank qalıb ki, əksəriyyətinin təmirə ehtiyacı duyulur:
"Bu çatışmazlıq səbəbindən Rusiyada və Belarusda istismardan çıxarıımış köhnə "T-72" və "T-62" tanklarını təmir edib, Ukraynaya yollayırlar".
Tunar Altunbay












