Zaxarova Kosovadakı vəziyyətə görə ABŞ və Avropa İttifaqını ittiham etdi

 19:31 12.12.2022     378

Moskva Kosovoda yeni eskalasiyadan təşvişə düşüb və vəziyyətin inkişafını gecə-gündüz izləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Biz Serbiya regionunda vəziyyətin yenidən kəskinləşməsindən təşvişə düşürük. Xüsusilə ABŞ və Avropa Birliyinin razılığı ilə Kosovoda serblərə qarşı daha sərt repressiya kursu keçirən Priştina “hakimiyyəti” tərəfindən həyata keçirilən bir sıra birbaşa etnik motivli zorakılıq, təxribatlardan sonra biz onun inkişafını sanki gecə-gündüz izləyirik" - deyən Zaxarovanın sözlərinə görə, Rusiya Serbiyaya Kosovodakı vəziyyətlə bağlı qanuni milli maraqlarını müdafiə etməkdə kömək etməyə davam edəcək:

“Biz Belqradın Kosovo ilə bağlı qanuni milli maraqların müdafiəsinə kömək etməyə davam edəcəyik, Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi istisnasız olaraq qüvvədə qalır və beynəlxalq hüquq Kosovo probleminin tarazlı, ədalətli həlli üçün real şans verir".

Zaxarova qeyd edib ki, Avropa İttifaqının (Aİ) Kosovonun hakimiyyətinə təsir göstərə bilməməsi Brüsselin Belqrad və Priştina arasında dialoqda vasitəçiliyinin növbəti uğursuzluğudur.

Diplomatın sözlərinə görə, Kosovoda vəziyyətin siyasi deqradasiyasına görə məsuliyyət ABŞ başda olmaqla kosovalıların liderləri və onların Qərb qəyyumlarının üzərinə düşür.

“Biz vurğulayırıq ki, Kosovodakı siyasi deqradasiyaya, təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsinə görə məsuliyyət tamamilə “baş nazir” Albin Kurtinin başçılıq etdiyi Kosovalıların liderlərinin, onların arasında Vaşinqtonun açıq-aşkar üstünlük təşkil etdiyi Qərb himayədarlarının üzərinə düşür”, - deyə Zaxarova bildirib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən