Peru devrilmiş prezidenti həbs ediləcək - Toxunulmaşlığı ləğv edildi

 20:59 12.12.2022     180

Peru Konqresi (birpalatalı parlament) ölkə prezidenti vəzifəsindən kənarlaşdırılan Pedro Kastilyonu toxunulmazlıqdan məhrum edib.

Redaktor.az xəbər verir ki, bu barədə qanunverici orqan tviterdə məlumat yayıb.

67 səs lehinə olmaqla Konqresin plenumu Pedro Kastilyonun imtiyazdan məhrum edilməsi təklifini təsdiqləyib və ona qarşı cinayət işinin açılmasına icazə verib.

Qeyd edək ki, dekabrın 7-də Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib.

Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.