Separatçı məmurun maşını partladıldı - Vəziyyəti ağırdır

 22:25 12.12.2022     229

Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinə təyin etdiyi qubernator müavini Vitali Bulyukun avtomobili partladılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Skadovsk şəhərində avtomobilə qoyulmuş partlayıcının partlaması nəticəsində Bulyuk yaralanıb. O, Simferopoldakı xəstəxanalardan birində ağır vəziyyətdədir.

Avtomobilin sürücüsü yerindəcə ölüb. Hadisənin detalları dəqiqləşdirilir.