Putin Suriyadan və Qarabağdan hərbçiləri çıxaracaq - Amerikalı analitiklər

 10:06 13.12.2022     473

Ukraynada genişmiqyaslı müharibə Rusiya Federasiyasının büdcəsini tükəndirir.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.

Onların sözlərinə görə, Rusiya prezidenti Putin qaniçən ambisiyalarına və Ukraynada genişmiqyaslı müharibəni davam etdirmək istəyinə görə bütün dünyada geosiyasi kampaniyalar aparmaq imkanını itirir.

Bundan əlavə analitiklər yeni hesabatlarında Kremlin itkilərini üzə çıxarıb və Putinin məhz hansı imkanları itirdiyinə işarə ediblər. Onlar öz təhlillərində diktatorun 2023-cü il büdcəsində müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına 9 trilyon rubldan çox (təxminən 143 milyard dollar) ayrılması ilə bağlı qanun imzaladığına dair məlumatlara istinad ediblər.

"Dünya Bankının məlumatına görə, bu məbləğ 2021-ci ildə Rusiyanın ümumi daxili məhsulunun təxminən 8%-ni təşkil edir. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və Rusiyanın 2023-cü il üçün ümumi büdcəsinin 30%-dən çoxunu təşkil edəcək. Beləliklə, Putin Ukraynadakı müharibə üçün büdcəsini tükətməkdə davam edir və bu prosesdə o, digər beynəlxalq və ya daxili kampaniyaların maliyyələşdirilməsini dayandırmalı ola bilər. ISW çoxdan hesab edir ki, Rusiya qüvvələri Suriya kimi digər münaqişə zonalarından texnika və şəxsi heyəti köçürür. Eləcə də müharibənin uzun zamanda davam etdirilməsi üçün Suriyadakı və  Qarabağdakı hərbçiləri çıxarıb Ukraynadakı savaşa cəlb edə bilər”, - deyə analitiklər qeyd edib.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən