ABŞ Ukraynaya elektrik avadanlıqları göndərdi

 11:15 13.12.2022     274

ABŞ Ukraynaya enerji avadanlığı yardımının ilk hissəsini göndərib.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton Rusiyanın güclənən hücumlarına qarşı ölkənin enerji infrastrukturunu dəstəkləməyə çalışır.

Rəsmilər bildirib ki, birinci göndəriş təxminən 13 milyon dollar dəyərində elektrik avadanlıqları olub. Məsələ ilə tanış olan başqa bir mənbə bu həftə ABŞ-dan daha iki təyyarə dolu texnikanın yola düşəcəyini bildirib.

Həmidə İbrahimova