Avropa İttifaqı Ukraynaya 18 milyard avroluq yardım göndərəcək
Avropa İttifaqının (Aİ) səfirləri Ukrayna üçün 18 milyard avro maliyyə paketi və iri korporasiyalar üçün 15% minimal vergi ilə bağlı razılığa gəliblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çexiyanın Aİ Şurasındakı sədrliyinin tviter hesabında yazıb.
Məlumata görə, yardım paketi yazılı prosedurla təsdiqlənəcək.
Nərmin VÜQARQIZI












