Ruslar Zaporojyeni raketlərlə yenə VURDU

Rusiya hərbçiləri Zaporojye rayonunun Jovta Kruça kəndində yaşayış sahəsinə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Prezident Aparatı rəhbərinin müavini Kiril Timoşenkoya istinadən məlumat yayıb.
Məlumata görə, düşmənin atəşə tutması nəticəsində yerli sakinlərin evlərinə ziyan dəyib. Sovet Ordusunun əsgərlərinin xatirəsinə ucaldılan abidə də zədələnib.
Xatırladaq ki, bu yaxınlarda işğalçılar Zaporojye rayonunun kəndlərini "Kh-59" və "S-300" idarə olunan “hava-yer” raketləri ilə vurublar.
Nərmin VÜQARQIZI


