Macarıstan Avropa İttifaqına qalib gəldi

 12:21 13.12.2022     244

Avropa İttifaqı (Aİ) Ukraynaya 18 milyard avro yardımın açılması üçün Macarıstana pul verəcək

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Macarıstan hakimiyyəti Ukraynaya 18 milyard avro yardımın ayrılmasına vetonun ləğvi müqabilində Avropa İttifaqına ona qoyulan pulun bir hissəsini dondurmağa nail ola bildi.

Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi Ukraynaya blokdan pul verilməsinin əleyhinədir.

Xatırladaq ki, Aİ səlahiyyətliləri korrupsiya ilə bağlı problemlərə görə Avropa fondlarından 7,5 milyard avronun, eləcə də pandemiyadan  sonra iqtisadiyyatın bərpası üçün  5,8 milyard avronun ayrılmasına mane olub. Bunun üçün Budapeşt Ukraynaya Macarıstana ayrılan 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasına mane olub.

Nəticədə, Aİ ölkələri Macarıstana 6,3 milyard vəsaiti buraxmağa razılaşıb, həmçinin "Covid" fondundan Macarıstan üçün 5,8 milyard avro xərcləmə planını təsdiqlənib. Lakin bu bəyanat Macarıstanın korrupsiya ilə mübarizə və məhkəmə sisteminin müstəqilliyi sahəsində 27 islahat həyata keçirməsi şərti ilə gəlib.

Qeyd olunur ki, razılaşma Aİ-nin bir sıra qərarlarını əngəlləyərək aylarla bu vəsaitlərin ayrılmasını axtaran Orbanın qələbəsidir.

Həmidə İbrahimova