Ermənistanın keçmiş polis rəisinin adı cinayət işində hallanır
Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanın adı daha bir cinayət işində hallanır.
Redaktor.az "SputnikErmənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti xəbər verir.
Xüsusilə, keçmiş polis rəisi “Dinamo” QHT-nin rəhbəri olmaqla qurumun qapalı hovuzunu və ona bitişik tikililəri “bağışlamağa” cəhd edib.
İstintaqla müəyyən edilib ki, 2011-2018-ci illərdə polisin döyüş və bədən tərbiyəsi şöbəsinin rəisi, 2012-2018-ci illərdə isə eyni zamanda “Dinamo” idman qeyri-hökumət təşkilatının rəis müavini, katib vəzifəsində çalışan Qasparyan təşkilatın ümumi yığıncağında rəsmi saxtakarlıq edib. O, təxminən 858 milyon dram dəyərində əmlakı mənimsəməyə cəhd edib.
Nərmin VÜQARQIZI












