Zelenski enerji yardımı axtarır

 16:07 13.12.2022     427

“Rusiya qüvvələri ölkə daxilində mülki infrastrukturu hədəfə aldığı üçün təcili qış enerjisi yardımına ən azı 800 milyon avro (840 milyon dollar) lazımdır”.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Parisdə informasiya telemarafonunun efirində nümayiş olunan “Ukrayna xalqı ilə həmrəylik” konfransındakı çıxışında deyib.

Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron ev sahibliyi ilə keçirilən konfransda Ukrayna xalqının mart ayınadək davam edəcək dondurucu temperaturda su, qida, enerji, sağlamlıq və nəqliyyatın qorunması istiqamətində müzakirələr aparılıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən