Ermənistanda yeni nazir təyin olundu

Janna Andreasyan Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri təyin olunub.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Xatırladaq ki, bir gün əvvəl Ermənistan dövlətinin başçısı Janna Andreasyanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.
Turan İSMAYIL