"Bizə qarşı “meqafon diplomatiyası” yoluna qədəm qoyulub" - Zaxarova

Avropa Şurası Rusiya ilə münasibətdə “meqafon diplomatiyası” yolunu seçib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin Rusiya xarici işlər naziri Sergey Lavrova məktubu ilə bağlı yaydığı bəyanatda deyilir.
“Rusiya Xarici İşlər Nazirliyi Rusiya KİV-lərindən Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmiz tərəfindən icrası ilə bağlı Sergey Lavrova ünvanlanmış məktubuna münasibət bildirmək xahişi ilə müraciətlər alır. Təəssüf ki, Avropa Şurası bizimlə münasibətdə “meqafon diplomatiyası” yoluna qədəm qoyub. Strasburqda onlar bu məktubu Rusiya rəsmilərinə təhvil verməklə virtual olaraq eyni vaxtda ictimailəşdirməyə və dərc etməyə tələsdilər".
Diplomat qeyd edib ki, “bu mesajın mahiyyəti barədə danışmazdan əvvəl onu diqqətlə öyrənmək lazımdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu addımın məqsədi ilə bağlı bir fərziyyə irəli sürüb: “Avropa Şurasının Rusiyada guya insan haqlarına necə önəm verdiyini, bizim ölkəmiz isə əksinə, beynəlxalq öhdəliklərini yerinə yetirməkdən “qaçındığını” göstərmək üçün. Bu, açıq şəkildə göstərir ki, söhbət ölkəmizlə mənalı dialoqa girmək istəyindən deyil, növbəti təbliğat kampaniyasından gedir", - o vurğulayıb.
Turan İSMAYIL