"Heç kimin onları ləkələməsinə imkan verməyəcəyik" - Putin

 21:22 13.12.2022     403

Rusiya öz vətənpərvərlik borcunu yerinə yetirən və vətən uğrunda döyüşən qəhrəmanları ləkələməyə və böhtan atmağa heç kimə icazə verməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya “Bilik” cəmiyyətinin 75 illiyi münasibətilə videomüraciətində bildirib.

Dövlət başçısı gözləyir ki, Bilik Cəmiyyətinin Rusiyanın, onun bütün regionlarının və bütün sahələrinin milli, suveren inkişafına töhfəsi daha da artacaq.

"O cümlədən, əlbəttə ki, əcdadlarımız haqqında, keçmişin sınaqları haqqında, qəhrəmanlarımız haqqında, indi Vətən uğrunda vuruşan, yüksək, müqəddəs vətənpərvərlik borcunu yerinə yetirən hər kəs haqqında həqiqətlər müdafiə edilməlidir. Biz heç kimin onları ləkələməsinə və böhtan atmasına imkan verməyəcəyik və dezinformasiyaya və yalana qarşı əsas silahımız möhkəm bilik, həqiqət və Rusiyaya sevgi olmaqda davam edəcək”, - o vurğulayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən