ABŞ Ukraynaya "Patriot" tədarükünü elan edə bilər

 21:58 13.12.2022     334

ABŞ Ukraynaya "Patriot" raketdən müdafiə sistemlərinin göndərilməsi ilə bağlı məsləhətləşmələri yekunlaşdırır və bu həftə planlarını açıqlaya bilər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan yüksək səviyyəli administrasiya rəsmisinə və daha iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Televiziya şirkəti qeyd edir ki, Ukraynaya "Patriot"un tədarükü planları artıq hazırdır, lakin onlar hələ də ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir, Bundan sonra sənəd ABŞ Prezidenti Co Baydenin imzasına gedəcək.

CNN-ə verilən məlumata görə, sənədin təsdiqlənməsi gözlənilir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən