Baş nazir müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərəri AÇIQLADI
Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin vurduğu itkilər 2022-ci ilin sonuna kimi 700 milyard dollara çata bilər.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə Ukraynanın iqtisadi sabitliyi və yenidən qurulması forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2022-ci il iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəyən zərərin məbləği 350 milyard dollar təşkil edib.
"İlin sonuna qədər bu məbləğ açıq şəkildə iki dəfə artacaq. Dağıntılar davam etdiyi üçün biz bunu başa düşürük", - o deyib.
Bundan əlavə, baş nazir müharibədən iqtisadiyyatın bütün sahələrinin əziyyət çəkdiyini vurğulayıb.
Turan İSMAYIL












