Pakistan diplomatlarına üç aydır maaş verilmir
Pakistanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları son 3-4 ayda maaş almayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü "Business Recorder" məlumat yayıb.
Məlumata görə, Pakistanın bəzi ölkələrdə, o cümlədən Fransa, Almaniya, ABŞ, Oman, İran, Türkiyə və Əfqanıstandakı diplomatik nümayəndəliklərinin əməkdaşları İslam Respublikasında valyuta çatışmazlığı səbəbindən maaşlarının ödənilməsində gecikmələrlə üzləşiblər. Qəzet qeyd edib ki, İslam Respublikasının diplomatik nümayəndəlikləri Pakistan Xarici İşlər Nazirliyinə “xərclərin ödənilməsində, o cümlədən gündəlik işlərin icrasında ciddi problemlər” barədə məlumat veriblər.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayından etibarən Pakistan Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma müşahidə olunur. 31 oktyabr 2022-ci il tarixinə vəsaitlərin həcmi 8,75 milyard dollar səviyyəsində olub, dekabrın 2-də Pakistan Mərkəzi Bankının valyuta ehtiyatları 6,71 milyard dollar təşkil edib.
Turan İSMAYIL












